Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən mayın 26-da saat 10:00-da Xaçmaz Şəhər Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 2) əsasən Xaçmaz, Quba, Qusar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 19 may tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (077-714-71-47) müraciət etməklə qəbula yazıla bilərlər.