Leonardo da Vinçinin məşhur “Mona Liza” əsərində (1503) fon olaraq hansı körpünün təsvir olunduğu müəyyən edilib.
İtaliyalı tarixçi Silvano Vinçeti uzun araşdırmalardan sonra dəqiqləşdirib ki, rəssam bu əsəri Aretsso yaxınlığında Toskanada Arno çayı üzərindən keçən Romito di Laterina körpüsünün fonunda təsvir edib.
S.Vinçeti tarixi sənədlərdəki mənbələr və dron çəkilişlərinin köməyi ilə əldə olunan təsvirlərdən istifadə edib, rəsmlə məkanın şəkli arasında müqayisələr aparıb. O, həmçinin müəyyən edib ki, həmin vaxtlarda Leonardo da Vinçi körpünün yaxınlığında yaşayıb.
Hazırda Romito di Laterina yarıdağılmış vəziyyətdədir, yalnız tağ hissəsi qalıb. Bununla belə, tarixçinin hesablamalarına görə, bundan əvvəl körpünün, Leonardo da Vinçinin rəsmində göründüyü kimi, 4 tağ hissəsi olub.