Mayın 13-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ədəbiyyatşünas alim Elçinin 80 yaşı tamam olur. Yazıçı-dramaturq, ictimai xadim və ədəbiyyat tənqidçisi kimi çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Elçinin ölkəmizin elmi-ədəbi və ictimai mühitində özünəməxsusu yeri və mövqeyi var.

Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Elçin Əfəndiyev-80” adlı kitab sərgisi hazırlanıb.

Sərgidə Elçinin müxtəlif dillərdə nəşr olunan kitabları, yaradıcılığına dair müdafiə olunan dissertasiyaların avtoreferatları, tərcümələri və haqqında yazılan kitablar nümayiş olunur.