Azərbaycan Respublikası Prezidentinin 13 may 2023-cü il tarixli sərəncamı ilə Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Fərid Cəfərov 1982-ci ildə anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Xarici İşlər Nazirliyi sistemində işləyib. Heydər Əliyev Fondunda, Heydər Əliyev Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. Bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.