Bərdə RMİ-nin təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində metal üzərində işləmə sahəsində tanınmış sənətkar, Əməkdar rəssam Mübariz Əkbərovun sərgisi açılıb.

Yaradıcılığı barədə məlumat verən sənətkar sərgidə əsasən Azərbaycanın qədim milli xəncər və qılınc nümunələrinin, bəzək əşyalarının, həmçinin ərəb, ispan, ingilis xəncərlərinin nümayiş olunduğunu bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə naxışlarla bəzədilmiş qılınc, xəncər, dəbilqə və digər nümunələr – sənətkarın 70-dən çox əl işi yer alıb.