Salyan Dövlət Kukla Teatrı Qaxda, Gənc Tamaşaçılar Teatrı Gəncədə...

 

Mədəniyyət Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə həyata keçirilə silsilə tədbirlər çərçivəsində teatr və konsert müəssisələrinin regionlarda qastrol səfərləri davam edir.

Qastrol səfərləri çərçivəsində Salyan Dövlət Kukla Teatrının kollektivi mayın 26-da Qax Dövlət Kukla Teatrında Rəvan Tohidoğlunun “Bir də etmərəm” tamaşasını nümayiş etdirəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da sənət aksiyasına qoşulub. Yaradıcı kollektiv mayın 29-da Gəncə Dövlət Dram Teatrında Anton Çexovun “Qağayı” tamaşasını nümayiş etdirəcək.