Balakən rayon Mədəniyyət Mərkəzində rayon narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası hazırlanıb. Təhsil sektorunun dəstəyi ilə Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilən tamaşaya Mədəniyyət Mərkəzinin əməkdaşı Zöhrə Bakayeva quruluş verib.
Tamaşanın ilk nümayişi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) Balakən rayon komissiyasının təşkilatçılığı ilə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində reallaşıb.
Nümayişdən əvvəl rayon İcra Hakimiyyəti başçısının birinci müavini, NMDK rayon komissiyasının sədri Turan Dibirov çıxış edərək əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Mədəniyyət Mərkəzinin dram dərnəyinin üzvlərinin oynadığı tamaşa maraqla qarşılanıb.
Sonda tamaşaçılara NMDK rayon komissiyası tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olunub. Kollektiv səhnə əsərini müxtəlif kəndlərdə göstərməyi planlaşdırır.