Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Lobnya şəhərində keçirilən XXVII “Rus klassikası” teatr festivalında iştirak edib. Beynəlxalq festivalda “Utancaq qız” monotamaşasını təqdim edən aktyor mükəmməl oyununa görə diploma layiq görülüb.

Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında Akademik Musiqili Teatrda hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Festivalda Qazaxıstan, İran və digər ölkələrin teatr kollektivlərinin də tamaşaları nümayiş olunub.

Əməkdar artist Şövqi Hüseynov “Utancaq qız” monotamaşası ilə iyunun 1-də daha bir beynəlxalq layihəyə – “Onlife” rəqəmsal teatr festivalına qatılıb. Festivalda tamaşalar videoformatla nümayiş olunub.