İyunun 11-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçiriləcək.

DİM-dən verilən xəbərə görə, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahanda 1072 abituriyentin iştirakı nəzərdə tutulur. Harmoniya və solfecio fənni üzrə imtahanın müddəti 1 saat 30 dəqiqədir. Musiqi nəzəriyyəsi və solfecio fənni ilə bağlı imtahanın müddəti isə 1 saatdır.

Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunur. Qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır.