Qax Dövlət Gürcü Dram Teatrında ölkəmizdə elan olunmuş “İnsan hüquqları aylığı” (18 may – 18 iyun) ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə insan hüquqlarının təmin edilməsi və müdafiəsi, habelə, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəldikdən sonra bu sahədə atılan addımlar haqqında məlumat verilib.

Teatrın kollektivi tərəfindən Qax rayonunun Əlibəyli kənd tam orta məktəbində də tədbir keçirilib. Şagirdlərin iştirak etdiyi tədbirdə “İnsan və vətəndaş hüquqları” mövzusu üzrə çıxışlar dinlənilib. Bildirilib ki, hər bir insanın azad yaşamaq, vətəndaşlıq hüquqlarından sərbəst istifadə etmək haqqı var. Qeyd olunub ki, Azərbaycanda 18 yaşına çatmayan şəxslər uşaq sayılır və onların ailə qurmağa məcbur edilməsi hüquqi məsuliyyət yaradır.