Postsovet ölkələrini əhatə edən Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə iyunun 11-dən 24-dək Moskvada A.P.Çexov adına 16-cı Beynəlxalq Teatr Festivalı çərçivəsində gənc rejissorların iştirakı ilə laboratoriya keçirilir.

Layihədə ölkəmizdən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mehman Fətullayev və Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Anar Məmmədov iştirak edirlər. Onlar Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) xətti ilə bu tədbirə qatılıblar.

ATXİ-nin məsul katibi Aida Qafarovanın bildirdiyinə görə, gənc rejissorlar festival çərçivəsində oynanılan tamaşalara baxacaq, ustad dərslərində, seminarlarda iştirak edəcəklər.