Gənc rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filminin layihəsi Gürcüstanda keçirilən beynəlxalq mentorluq proqramında iştirak edib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Bildirilib proqramın sonunda yaradıcı heyət – rejissor Ələmdar Faiq və prodüser Türkan Hüseyn layihəni beynəlxalq münsiflərə təqdim ediblər.

“Qara pişik, ağ şanı” Ələmdar Faiqin ilk tammetrajlı sənədli filmi olacaq. Film özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Firuzənin və nəvəsi Ələmdarın hekayəsidir. Burada Firuzə öz bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar onun yanına gəlir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.

“Sinema Verite” üslubunda lentə alınacaq filmə Azərbaycan Kinematoqrafçılar İttifaqı da kiçik maliyyə dəstəyi ayırıb.

Lalə