II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Azərbaycanda olan macar şairi, tərcüməçi Balaş Soloji, eləcə də festivalın Macarıstan günlərinin koordinatoru, yazıçı, şair Ramil Əhməd Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.

Kitabxanadan verilən məlumata görə, görüş zamanı qonaqlara Respublika Gənclər Kitabxanası haqqında məlumat verilib. Bildirilib ki, 152000-dən artıq fondu olan Gənclər Kitabxanası bu il 95 illiyini qeyd edir. Qonaqlara kitabxanada tətbiq edilən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, elektron və metodiki xidmətlər haqqında geniş məlumat verilib.

Sonra qonaqlar kitabxana fondu ilə yaxından tanış olub və şöbələrə, sərgilərə baxış keçiriblər.

Görüşün sonunda qonağa Azərbaycanın tarixi abidələrini əks etdirən suvenirlər və 44 günlük Zəfər Tarixindən bəhs edən kitab hədiyyə edilib.