Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil edilib.

Kitabxananın direktoru Aslan Cəfərov müstəqil Azərbaycan Respublikasının müqəddəratında dönüş nöqtəsi kimi səciyyələndirilən 1993-cü ilin 15 iyun ölkəmizin tarixində müstəsna əhəmiyyətindən danışıb.

Elmi işlər üzrə direktor müavini Günay Həsənova, şöbə müdirləri Tamella Məmmədova, Qənirə Mustafayeva, Mehriban Abbasova, Səadət Şəfiyeva, Xəyalə Məmmədova Azərbaycanın ən ağır dövründə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından söz açıblar.

Çıxışlarda Heydər Əliyevin mədəniyyətə, incəsənətə, ədəbiyyata, ana dilinə olan qayğısından da bəhs olunub.

Kitabxana əməkdaşları tərəfindən 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar hazırlanan videomateriallar nümayiş edilib.