Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsində “Son zəng” tədbiri keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra BXA-nın rəhbərliyi və müəllim heyəti akademiyanın məzunlarını təbrik edərək, onlara uğurlar diləyiblər.

Tədbir boyu BXA tam orta təhsil pilləsinin şagirdləri, Klassik rəqs və Xalq rəqsi bölmələrinin IX və XI sinif məzunlarının ifasında təqdim olunan müxtəlif rəqs kompozisiyaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.