Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində “Milli Qurtuluş Günü – 30” adlı tədbir keçirib.

Tədbiri Yasamal rayon MKS-nin direktoru Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq 15 iyun – Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verib. Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikirlərini xatırladan direktor bildirib ki, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi Ulu öndərin adı ilə bağlıdır. 

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, fəlsəfə elmləri doktoru Hüseyn İbrahimov, tarix üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva-Muxtarova, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova və başqalarının çıxışları dinlənilib. Qeyd edilib ki, 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Heydər Əliyevin dəmir iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri səviyyəsinə yüksəltdi.

Tədbirin bədii hissəsində konsert proqramı təqdim olunub. Kitabxananın Milli Qurtuluş Gününün 30 illiyi münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.