İyunun 14-də Gədəbəy Aşıq Məktəbinin növbəti “Məzun günü” təşkil edilib. Məktəbi saz, balaban və nağara ixtisası üzrə beş il təhsil almış şagirdlər başa vurublar.

Məktəbin müəllim-şagird heyəti və valideynlərin iştirakı ilə keçirilən tədbirdə məzunların və müxtəlif sinif şagirdlərinin ifalarında musiqi nömrələri səsləndirilib. Sazlı-sözlü ifaların ardından Aşıq Ələsgərin məktəbin önündəki heykəli yanında xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 9 ildə Gədəbəy Aşıq Məktəbinin məzunlarının bir qismi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və müxtəlif kolleclərdə təhsil alıb, bir çoxu isə hazırda təhsillərini davam etdirirlər.