Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində (Lökbatan qəsəbəsi) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük qayıdış və dövlətçiliyin xilası” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Lökbatan qəsəbəsində yerləşən 7 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təqdimatında gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Çıxış edənlər Ulu öndər Heydər Əliyev dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, müstəqil inkişaf tariximizin məhz 1993-cü ilin 15 iyun tarixindən başlayıb. Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizin başlayan inkişaf yolu 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Tədbirdə Ümummilli liderin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edən kitab təqdim olunub, “Heydər Əliyev və Qaradağ” adlı videoçarx nümayiş etdirilib.