18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, 1998-ci il iyunun 18-də Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla 18 iyun ölkəmizdə “İnsan hüquqları günü” kimi təsis olunub.