Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, respublikanın gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur. Bu barədə Ermənistan parlamentinin iclasında bildirib.
“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisi – red.) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun indiki dövlətə nə dəxli var?”, – deyə o söyləyib.
O qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar. Paşinyan gerbdə uzun müddətdir Ermənistanın təbii şəraitində yaşamayan aslanın niyə təsviri olunmasına da diqqət çəkib.