İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində müğənni Vüsal Hacıyevin ilk solo konserti keçiriləcək.

"Dahi” adlı konsert proqramı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

“Final” çaylarının sponsorluğu ilə gerçəkləşəcək gecədə müğənnini Tural Məmmədlinin bədii rəhbərliyi ilə "EtnoClass” orkestri müşayiət edəcək.

Konsert proqramına Vüsal Hacıyevin musiqisevərlərin rəğbətini qazanmış hitləri ilə yanaşı, yeni nəğmələr də daxil edilib. 

Musiqi axşamının informasiya dəstəkçiləri sırasında “Mədəniyyət” qəzeti də var.

Lalə