Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Milli Qurtuluş Gününə həsr edilmiş tamaşa nümayiş olunub.
Musiqili-tarixi esse kimi təqdim olunan layihənin rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Layihədə teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Tamaşa iyunun 19-da Gəncə Dövlət Filarmoniyasında da göstəriləcək.