Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" festivalında iştirak edəcək. Kutaisidəki Mesxişvili Dövlət Teatrında keçirilən festivala hər il müxtəlif ölkələrdən kollektivlər qatılır.

“Yuğ” teatrından verilən məlumata görə, festivalda V.Şekspirin "III Riçard" əsəri əsasında bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluş verdiyi "Lənət" tamaşası göstəriləcək.

İyunun 20-də nümayiş olunacaq səhnə əsərində Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova çıxış edəcəklər.