Sultan Raev: “Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını tanıtmaq, dostlaşdırmaqdır”

 

Türk dünyasının məşhur ədəbi yarışmalarından olan VII Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi elan edilib.

Builki müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100 və TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunub.

Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un nəzdindəki Yazarlar birliyinin keçirdiyi müsabiqəyə bu il UNESCO da dəstək verir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev ənənəvi müsabiqə haqqında deyib: “Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq. Birinci yerin qalibi 35 min, ikinci yer 25, üçüncü yer 20, həvəsləndirici yer üçün isə 10 min türk lirəsi nəzərdə tutulub. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır”.

Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.

Mehparə Sultanova
Ankara