İyunun 23-də Gəncə Dövlət Dram Teatrında gürcü dramaturqu Akvasenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.

Səhnə işinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Yunis, Novruz Cəfərov, Ramiz Vəliyev, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Ruslan Hüseynov, Nailə Əhmədova, Zeynəb Hüseynova, Emil Salmanov, Elmir Məmmədov, Rauf Hüseynov, Məhəmməd Musayev ifa edirlər.

Xatırladaq ki, gürcü dramaturqun bu əsəri ölkəmizdə bir sıra teatrlarda dəfələrlə səhnəyə qoyulub. Pyesi daha öncə Akademik Milli Dram və Akademik Musiqili teatrlarda tamaşaya qoyan M.Mikayılov Gəncə səhnəsində mövzuya fərqli rakursdan yanaşmağa çalışıb. Rejissor bu dəfə “Xanuma”nı musiqili parodiya janrında qurub.