Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyunun 19-da "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esse kimi hazırladığı tamaşasını Gəncədə nümayiş etdirib. "Heydər Əliyev İli" çərçivəsində ərsəyə gətirilən səhnə işi Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında nümayiş olunub.

Layihənin rəhbəri Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallının, həmçinin teatrın xor və balet heyəti üzvlərinin maraqlı çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.