“Türkiyənin yüzilliyi” konsepsiyası vaxtilə hərbi çevrilişin nəticələrinə işlənib hazırlanmış və qəbul edilmiş Konstitusiya (Əsas Qanun) əsasında həyata keçirilə bilməz.

Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə iyunun 21-də Ankarada hakim Ədalət və İnkişaf Partiyasının 28-ci çağırış Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının ilk toplantısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Əsas Qanunun yeni redaksiyasının qəbul edilməsi Türkiyənin gələcək inkişafı üçün mühüm stimul olacaq. Yeni redaksiyada müsəlman qadınlarının baş örtüyünü taxmaq hüququnu təsbit etməyi təklif edən dövlət başçısı hakimiyyətin opponentlərini yeni Konstitusiya üzərində aparılan işi dəstəkləməyə çağırıb.

Ərdoğan həmçinin vurğulayıb ki, ölkə dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil olana qədər hökumət səylərini dayandırmayacaq. Bununla bağlı o deyib ki, Nazirlər Kabineti Türkiyənin 12-ci İnkişaf Planı və Ortamüddətli İnkişaf Proqramı üzərində aparılan işi davam etdirir. “Əminəm ki, ölkəmizin 85 milyonluq əhalisinin hamısı Türkiyənin iqtisadi rifahından bəhrələnəcək”, - deyə o əlavə edib.