Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirləri çərçivəsində iyun ayı üçün regionlarda qastrol səfərləri davam edir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 27-də (saat 15:00) Lənkəran Dövlət Dram Teatrında "Bremen musiqiçiləri" tamaşası ilə çıxış edəcək.

Qrim qardaşlarının eyniadlı məşhur nağılının motivləri əsasında yazılan pyesin müəllifləri Yuri Entin və Vasili Livanovdur.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradovadır.  

Səhnə əsərində Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Mustafayeva, Hilal Dəmirov iştirak edirlər.