Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorlar, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahan 16 iyul 2023-cü il tarixində təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan