İyunun 25-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrı və Özbəkistanın Səmərqənd Vilayəti Dövlət Kukla Teatrı arasında anlaşma memorandumu imzalanıb.

Gəncədə imzalanan memorandum iki teatr arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi daşıyır.

Memorandum qarşılıqlı olaraq Özbəkistanda və Azərbaycanda birgə layihələrin həyata keçirilməsi, o cümlədən birgə tamaşaların hazırlanması, Gəncə və Səmərqənd kukla teatrları arasında qastrol səfərlərinin təşkili, eləcə də dramaturqların, rejissorların, rəssamların, aktyorların bacarıqlarının artırılması üzrə yaradıcılıq mübadiləsi, ustad dərsləri və yaradıcılıq görüşlərinin keçirilməsi kimi məsələləri ehtiva edir.