İyunun 24-də Bülbülün Memorial Muzeyində Üzeyir Hacıbəylinin Ev-Muzeyi və “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü (26 iyun) münasibətilə "Narkomaniyaya "yox" deyək!" adlı tədbir keçirilib.

Muzeyin direktoru Fərqanə Cabbarova, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova, “AYTAM” İctimai Birliyinin sədri Aygün Zamanlı mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Çıxışlardan sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.