AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Məmmədovanın tərtib edib nəşrə hazırladığı “Məhəmməd Xəlifə Aciz. Divan” kitabı işıq üzü görüb.

Tərtibçi kitaba on söz yazıb, lüğət, qeyd və izahlar əlavə edib.

“Divan”a XIX əsrdə Cənubi Azərbaycanda yaşayıb-yaratmış görkəmli söz ustadı, şair-xəttat Məhəmməd Xəlifə Acizin həyatının müxtəlif illərində qələmə aldığı qəzəllər, qəsidələr, mərsiyələr, həmçinin yaradıcılığından digər nümunələr daxil edilib.
Yeni nəşrin elmi redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev, rəyçisi isə həmin şöbənin müdiri, filologiya elmləri doktoru Nəsib Göyüşovdur.