F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, tənqidçi Elçinin 80 illik yubileyi münasibətilə daycest (xülasə) hazırlanıb.

“Xalq yazıçısı Elçin – 80” adlı daycestdə yazıçının həyat və yaradıcılığı haqqında, görkəmli şəxsiyyətlərin fikirləri yer alıb.

Materialda eyni zamanda Respublika Uşaq Kitabxanasının fondunda mövcud olan Xalq yazıçı ilə bağlı çap materialları – 23 kitab və 210 məqalənin tammətnli təsvirləri də verilib.

Daycestlə https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/daycest/xalq-yazicisi-elcin-80 linki vasitəsilə tanış ola bilərsiniz.