Abşeron rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi baş leytenant Muxtar Qasımlı haqqında sənədli filmin təqdimat mərasimi keçirilib.

Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan filmdə Muxtar Qasımlının məktəb illəri, idmanda qazandığı uğurlar, 44 günlük Vətən müharibəsində döyüş yolu, göstərdiyi qəhrəmanlıq diqqətə çatdırılır.

Muxtar Qasımlı Vətən müharibəsi zamanı Füzuli rayonu ərazisində döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nurəddin