Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun 105 illiyi münasibətilə rayonda yerləşən N saylı hərbi hissədə bayram konserti keçirilib.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müasir Silahlı Qüvvələrin yaranması, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsindən söz açıblar.

Daha sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub. Gənc əsgərlər musiqi sədaları altında rəqslər ediblər.

***

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Silahlı Qüvvələr Günü münasibətilə "N" saylı hərbi hissədə bayram konserti keçiriblər. Hərbçilər musiqi sədaları altında rəqs ediblər.

Sonda mərkəzin əməkdaşları hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunublar.

***

Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Vətən naminə müqəddəs və şərəfli xidmət" adlı konsert proqramı keçirilib.

Konsertdə hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Hazırladı: N.Məmmədli