Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 14-də saat 10:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Zərifə Əliyeva küçəsi 99) əsasən Lənkəran, Astara və Lerik şəhərlərindən olan vətəndaşlarla görüşəcək.

Vətəndaşlar iyulun 10-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.