Mədəniyyət Nazirliyinin 2023-cü il 4 aprel tarixli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilib.

Qaydalara əsasən, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Test imtahanı iyulun 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet saytında (https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan) 6 iyul saat 17:00-dək aparılacaq.