İyulun 8-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək.

Filarmoniyadan verilən məlumata görə, konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər, beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli, Eldəniz Ələkbərzadə (piano) və Kamal Qədirov (trombon) çıxış edəcəklər.

Proqramda xarici bəstəkarların əsərləri səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.