AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun “Qədim yazı (ədəbi-bədii tərcümələr)” kitabı işıq üzü görüb.

Müəllifin orijinaldan – ingilis, fransız, ispan, türk və rus dillərindən etdiyi ədəbi-bədii tərcümələrindən ibarət nəşrdə Viktor Hüqo, Frans Kafka, İvan Bunin, Ernest Heminquey, Corc Oruell, Orxan Vəli, Nazim Hikmət, Qabriel Qarsia Markes, Umberto Eko, Doris Lessinq, Eva dö Vitray-Meyeroviç, Haruki Murakami (ingiliscə müsahibə), Jan-Mari Qustav Leklezio, Mişel Uelbek kimi dünya şöhrətli klassiklərin, o cümlədən müasir qələm sahiblərinin yaradıcılıq nümunələri yer alıb. Topluya daxil olan bədii tərcümələr hekayə, şeir və müsahibə janrındadır.

Kitabın elmi redaktoru Enbe Monami, texniki redaktoru Alik Xankişiyevdir.