54-cü mövsümünü başa vurmağa hazırlaşan Sumqayıt Dövlət Dram Teatrında daha iki tamaşa istehsalat prosesini tamamlayıb.
Növbəti mövsümdə təqdim olunacaq səhnə əsərlərindən biri teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi Georgi Xuqayevin “Varlı ev” faciəsidir. Rollarda Əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, Elmira Kərimova, aktyorlar Dağlar Rüstəmov, Oqtay Mehdiyev, Habil Xanlarov, Elay Xasıyev, Aynur Hümmətova, Məryəm Hüseynli və başqaları çıxış edir.
Gənc rejissor Telman Musayev isə Ejen İoneskonun “Daz müğənni” absurd pyesinə quruluş verib. Quruluşçu rəssamı Nizami Dadaşov olan tamaşada Cəlal Məmmədov, İzaməddin Bağırov, İlahə Səfərova, Sədaqət Nuriyeva, Rauf Ağakişiyev, Yalçın Səlimov, İlqar İbrahimov, Akif Mirzəyev rol alıblar.