Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin rifahı naminə gördüyü əvəzsiz işlərdən danışılıb.

Daha sonra uşaq və yeniyetmələr rəsm bacarıqlarını nümayiş etdiriblər.

Münsiflər heyəti əl işlərini qiymətləndirib, rəssamlar fəxri diplomlarla təltif olunublar.