AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə “Abdulla Şaiq Talıbzadə. Gülşəni-ədəbiyyat” kitabı nəşr olunub.
Kitabı institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aynurə Əliyeva tərtib edib. O, həmçinin kitaba ön söz yazıb, lüğət, qeyd və izahlar əlavə edib.
“Gülşəni-ədəbiyyat” (“Ədəbiyyat bağçası”) XX əsr Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində özünəməxsus yer tutan görkəmli ədib Abdulla Şaiqin 1910-cu ildə Bakıda fars dilində nəşr etdirdiyi və uzun illər tədris vəsaiti kimi istifadə olunan ədəbiyyat müntəxəbatıdır. İlk dəfə Azərbaycan dilinə tərcümə olunan kitab ibrətamiz fikirlər, əxlaqi-mənəvi dəyərlər aşılayan bədii nümunələrdən ibarət topludur.
Yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Mailoğludur.