Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun (1923-2013) hekayəsi əsasında “Ana” adlı qısametrajlı film çəkilir.

Qarabağ həqiqətlərindən bəhs edən filmin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, rejissoru Vüsalə Tağı, operatoru Mehdi Yaqubovdur.

Rolları Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayev, həmçinin Firəngiz Babayeva, Gülər Nəbiyeva və Mirhüseyn Yaqubov canlandırır.

Kənddə yaşayan iki dost müharibəyə gedir. Onlardan biri şəhid olur və son nəfəsində dostundan ölümünün anasından gizlədilməsini xahiş edir. Ancaq sonda sağ qalan dost baş verən hadisəni təsirli formada şəhidin anasına hiss etdirir. Şəhid anası məğrur duruşunu itirmir, öz hisslərinə hakim olur və şəhidliyin uca bir zirvə olduğunu qəbul edir...

Filmin çəkilişləri Xızı rayonunun Altıağac ərazisində aparılır.