İyulun 21-də saat 10:00-dan 17:00-dək Azərbaycan Mətbuat Şurasında (AMŞ) şuranın və “Dünyagöz” klinikasının təşəbbüsü ilə jurnalistlərin pulsuz göz müayinəsi keçiriləcək. Milli mətbuatımızın yaranmasının 148 illiyi ilə bağlı təşkil olunacaq aksiyada hər bir media təmsilçisi iştirak edə bilər.

Aksiyada iştirak etmək istəyənlər bununla əlaqədar müraciətlərini 13-20 iyul tarixlərində Mətbuat Şurasının 012 541 59 49 şəhər və 050 602 71 78 mobil nömrələrinə, həmçinin yazılı qaydada Şuranın info@presscouncil.az elektron ünvanına bildirə bilərlər.

Müayinə üçün gələn media təmsilçiləri şəxsiyyət və iş vəsiqələrini, fərdi qaydada jurnalist fəaliyyəti göstərən şəxslər isə bunu təsdiqləyən sənədi (xidmət göstərdiyi media orqanı ilə bağladığı müqaviləni, yaxud onun surətini) təqdim etməlidirlər.

Müayinənin cavabları “Dünyagöz” klinikası tərəfindən yerində, yaxud müvafiq tibbi prosedurlar yerinə yetirildikdən sonra fərdi qaydada çatdırılacaq.

Müayinənin xüsusiyyətləri ilə bağlı əlavə məlumat almaq istəyənlər “Dünyagöz” klinikasının 012 404 44 69 şəhər telefonuna və info@dunyagoz.az elektron ünvanına müraciət edə bilərlər.