Beynəlxalq müsabiqə yekunlaşmaq üzrədir

 

UNESCO-nun himayəsi ilə gənc fotoqraflar üçün təşkil edilən “İpək Yolları gənclərin gözü ilə” adlı beynəlxalq müsabiqə yekunlaşmaq üzrədir .

14-17 və 18-25 yaş kateqoriyasında keçirilən müsabiqənin builki mövzusu “Memarlıq, abidələr”dir.

Müsabiqəyə maksimum 20 foto göndərmək olar. Müsabiqəyə bu link vasitəsilə qatılmaq olar: https://unescosilkroadphotocontest.org/en/node/3

Müsabiqə iyulun 31-də başa çatacaq. Bu layihə 2018-ci ildə məşhur fotoqraf Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılıb və artıq 5-ci ildir ki, təşkil olunur.

Qaliblərə hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, həmçinin peşəkar fotoalbomda nəşr olunacaq.