Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlişinin 54-cü ildönümünə (14 iyul 1969) həsr olunan dəyirmi masa təşkil edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda görkəmli siyasi xadim, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilib, onun siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Dahi siyasətçinin ölkəmizə rəhbərlik etdiyi dövrü əks etdirən videoçarx nümayiş olunduqdan sonra tədbir iştirakçıları “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar.