AMEA-da Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Açılış nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın bir çox institutlarında tədbirlər keçirilir.

Akademik Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun siyasi fəaliyyətində dil məsələsinin mühüm yer tutduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər bildiriblər ki, Ulu öndər ana dilinə – Azərbaycan dilinə daim böyük əhəmiyyət verib. Azərbaycan dilinin inkişafında və onun dünya dilləri sırasında öz layiqli yer tutmasında Heydər Əliyevin misilsiz xidmətləri olub.