İyulun 19-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Azərbaycan Mətbuat Şurasının Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən media müsabiqəsinin nəticələri açıqlanıb.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Mətbuat Şurasının sədri Rəşad Məcid, kinorejissor, Xalq artisti Vaqif Mustafayev çıxış ediblər.

Qeyd olunub ki, müsabiqə üç istiqamət – “Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli”, “Heydər Əliyevin gerçəkləşən arzusu: Qədim İpək Yolundan TRACECA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında” və “Sibirin və Uzaq Şərqin böyük kəşfi – Baykal-Amur magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi” mövzuları üzrə keçirilib.

Müsabiqəyə televiziyalar, sayt və informasiya agentlikləri və qəzetlərdən analitik yazı, video-reportaj və məqalələr – ümumilikdə 53 kütləvi informasiya vasitəsindən 77 iş təqdim olunub. 9 nəfər jurnalist əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.