İyulun 20-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə MKS-nin direktoru Nərmin Xəlilova, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Natəvan Dəmirçioğlu, “Mədəniyyət” qəzetinin əməkdaşı Lalə Azəri, yazıçı-publisist Şəhanə Müşfiq və digər çıxış edənlər milli mətbuatın inkişaf mərhələlərindən, mətbuata dövlət qayğısından, peşəkar qələm sahiblərinin fəaliyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünya miqyasında yayılmasında medianın xüsusi rolundan söz açıblar.
Kitabxanada mövzu ilə əlaqədar təşkil edilən sərgi təqdim olunub.