Tanınmış telejurnalist Natəvan Babayeva iyulun 20-də vəfat edib.

1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olan Natəvan Babayeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2000-ci ildən ANS televiziyasında diktor kimi çalışıb. O, 2016-cı ildən isə Azərbaycan Televiziyasında (AzTV) aparıcı kimi fəaliyyət göstərib.

Jurnalist iyulun 21-də doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.